Azərbaycan
Bəstəkarlar İttifaqı 1934-cü iyunun 30-da
yaranıb
Məqsəd
və vəzifələri
Azərbaycan
Bəstəkarlar İttifaqı – professional bəstəkar
və musiqişünasların müstəqil ictimai
yaradıcılıq təşkilatı olub, Azərbaycan
Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının
qanunvericiliyinə və qəbul etdiyi Nizamnaməyə
uyğun fəaliyyət göstərir.
İttifaq
öz fəaliyyətində Azərbaycan musiqi sənətinin
yaradıcılıq çoxcəhətliliyini, milli
musiqi klassikasının və dünya musiqi mədəniyyətinin
ən yaxşı ənənələrinin qorunub saxlanması
və yeniləşdirilməsi prinsiplərini əsas
götürür.
Qəbul
qaydaları
Azərbaycan
Bəstəkarlar İttifaqına bəstəkarlıq
və ya musiqişünaslıq ixtisasları üzrə
ali təhsiləmalik bəstəkar və musiqişünaslar
qəbul olunur.
Azərbaycan
Bəstəkarlar İttifaqına qəbul olunan şəxs
İdarə heyətinə aşağıdakıları
təqdim edir:
1) ərizə
və tərcümeyi-hal;
2) musiqi
əsərlərinin və ya musiqişünaslıq
işlərinin yazıldığı, ifa və nəşr
olunduğu tarix göstərilməklə siyağısı;
3) yaradıcılıq
işləri:
bəstəkarlar
üçün: ali məktəbi bitirdikdən sonra
yazılmış, ifa və ya nəşr olunmuş
musiqi əsərləri;
musiqişünaslar
üçün: ali məktəbi bitirdikdən sonra
dərc olunmuş elmi-tədqiqat, tənqidi və publisistik
işlər, qəbul olunan şəxsin Azərbaycan
musiqisinin təbliği sahəsindəki fəaliyyətini
əks etdirən materiallar;
4) Azərbaycan
Bəstəkarlar İttifaqının üzvlük
stajı 5 ildən az olmayan iki üzvünün zəmanəti.
Zəmanətdə 2–3 əhəmiyyəti iş haqqında
rəy öz əksini tapmalıdır;
5) İttifaqa
qəbul olunmaq barədə ərizə yəverildiyi
gündən 3 ay müddətindən gec olmayaraq baxılmalıdır.
Bəstəkarlar
İttifaqının üzvlük bileti təqdim olunur.
Təşkilat-quruluşu
Azərbaycan
Bəstəkarlar İttifaqının Ali rəhbər
orqanı 5 ildə bir dəfə çağrılan
Qurultaydır.
Azərbaycan
Bəstəkarlar İttifaqının Qurultayı:
1. Bəstəkarlar İttifaqı İdarə heyətinin,
Təftiş komissiyasının, Azərbaycan Musiqi
İnformasiya Mərkəzinin və Azərbaycan Musiqi
Fondu İdarə heyətinin hesabatlarını dinləyir
və təsdiq edir;
2. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
heyətinin sədrini gizli səsvermə yolu ilə
seçir;
3.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
heyətinin və Təftiş komissiyası üzvlərinin
sayını müəyyənləşdirir və
gizli səsvermə yolu ilə onları seçir;
4. Azərbaycan Musiqi Fondunun İdarə heyətini gizli
səsvermə yolu ilə seçir.
Azərbaycan
Bəstəkarlar İttifaqının icraçı
orqanı Qurultayda gizli səsvermə yolu ilə seçilmiş
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə
heyətidir. O, qurultaylar arasında İttifaqın fəaliyyətinə
bütünlüklə rəhbərlik edir.
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə
heyəti katibliyin sayca tərkibini müəyyən
edir və Sədrin təqdimatı ilə katibləri
açıq səsvermə yolu ilə seçir.
Azərbaycan Bəstəkarlar İttifaqı Qurultayının,
Plenumlarının, İdarə heyətinin və Katibliyin
qərarları Azərbaycan Bəstəkarlar İttifaqının
bütün üzvləri və təşkilatları
üçün məcburi sayılır.
Hüquqi
mövqevi
Bəstəkarlar İttifaqı adından vəkalətnamələr,
müqavilələr və digər sənədlər
İttifaqın İdarə heyətinin Sədri və
Birinci katibi, baş mühasibi tərəfindən imzalanır.
Azərbaycan
Bəstəkarlar İttifaqı İdarə heyətinin
sərəncamına aşağıdakı
təşkilatlar daxildir:
Azərbaycan
Musiqi Fondu,
Musiqi İnformasiya Mərkəzi.
Azərbaycan Bəstəkarlar İttifaqı öz möhür
və ştampına malikdir.
|