bəstakərlar ittifaqı - bəstəkarlar - musiqişunaslar - yeniliklər - yaradıcılıq qrupu

 

 

Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü iyunun 30-da yaranıb



1934-cü ilin iyun ayında Bakı şəhərində Bəstəkarlar İttifaqının ümumi iclasında İdarə heyəti seçildi. Sədr – A. Refatov.

1935-ci ilin iyulunda Bəstəkarlar İttifaqının hesabat – seçki iclası oldu. Sədr – Ə. Kərimov, sədr müavini – Üzeyir Hacıbəyov seçildilər.

1936-cı ilin yanvarında Bakı şəhərində Bəstəkarlar İttifaqının seçki iclası keçirildi. İdarə heyətinin sədri – Üzeyir Hacıbəyov seçildi.

1949-cu ilin mayında Bəstəkarlar İttifaqının İdarə heyətinin yığıncağı keçirildi. Sədr – Səid Rüstəmov seçildi.

1953-cü ilin iyununda İdarə heyətinin yığıncağı keçirildi. Sədr – Qara Qarayev, məsul katib – Sultan Hacıbəyov seçildilər.

1954-cü

ilin noyabrında İdarə heyətinin yığıtcağı keçirildi, burada Azərbaycan xalq musiqi nümunələrinin nota salınması və öyrənilməsi məsələsinin vacibliyi müzakirə olundu.


1959-cu ilin dekabrında gənc bəstəkarların yaradıcılığından ibarət İdarə heyətinin

Plenumu keçirildi. Növbəti Plenumlar bunlardır:

1967-ci ilin oktyabrında simfonik, kamera, mahnı və səhnə əsərlərindən ibarət;

1972-ci ilin dekabrında musiqi tənqidinin (musiqişünaslığın) vəziyyəti ilə bağlı;

1973-cü

ilin mayında Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığına həsr olunmuş;


1976-cı  ilin may ayında simfonik, kamera musiqisindən və mahnı konsertindən ibarət;

1977-ci ilin yanvarında gənclərin yaradıcılıq işinə həsr olunmuş İdarə heyətinin geniş iclası;

1980-ci ilin noyabrında Şamaxı şəhərində mahnı janrına həsr olunmuş plenum;

1983-cü

ilin dekabrında İmişli, Füzuli, Beyləqan rayonlarında mahnı yarından ibarət plenum;


1984-cü

ilin noyabrında Bakı şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının 50 illiyinə həsr olunmuş Kamera musiqisindən ibarət plenum;


1984-cü ilin dekabrında Uşaq musiqisi ilə bağlı;

1985-ci ilin aprelində Böyük Vətən müharibəsi Qələbəsinin 40-illiyinə həsr olunmuş;

1985-ci ilin dekabrında simfonik, kamera və mahnı yaradıcılığından ibarət; 1986-cı ilin dekabrında gənc bəstəkarların yaradıcılığından ibarət;

1987-ci ilin dekabrında simfonik musiqidən ibarət;

1989-cu ilin aprelində Uşaq musiqisindən ibarət; 1990-cı ilin mayında simfonik və kamera musiqisindən ibarət;

1990-cı ilin dekabrında Azərbaycan Respublikasının bir çox rayonlarında Bəstəkarlar İttifaqının mahnı janrından ibarət səyyar Plenumları keçirildi;

1991-ci ilin aprelində Bakı şəhərində zərb və nəfəsli alətlərə həsr olunmuş musiqidən ibarət Plenum keçirildi;

1992-ci ilin martında Bakı şəhərində simfonik və kamera musiqisindən ibarət Plenum keçirildi;

1994-cü ilin iyununda Gəncə şəhərində Gəncə Bəstəkarlar Təşkilatının (Sədr – R. İsmayılzadə) açılışına həsr olunmuş Plenum keçirildi;

1994-cü ilin noyabrında Naxçıvan şəhərində Bəstəkarlar İttifaqının Naxçıvan təşkilatının açılışına həsr olunmuş Plenum keçirilidi (Sədr – R. Mirişli);

1996-cı ilin mayında Azərbaycan Bəstəkarlar İttifaqının 60-illiyinə həsr olunmuş Plenum;

1997-ci ilin mayında gənc bəstəkarların əsərlərindən ibarət Plenum;

2000-ci  ilin iyununda xalq çalğı alətləri orkestrinə həsr olunmuş musiqidən ibarət Plenum.

 

 

         © Musigi Dunyasi, 2000