|
2000-ci
il |
|
İyun
ayında (16-17-18) Bəstəkarlar
İttifaqının xalq çalğı alətləri
orkestri üçün yazılmış əsərlərə
həsr olunmuş Plenum keçirildi. Proqrama F.Əmirov,
H.Xanməmmədov, Ş.Axundova, R.Mustafayev, V.Adıgözəlov,
N.Əzimov, O.Kazımi, N.Quliyev, V.Allahverdiyev, C.Allahverdiyev
əsərləri daxil edilmişdi. Bu əsərləri
Teleradio şirkətinin S.Rüstəmov adına
Xalq Çalğı alətləri orkestri (bədii
rəhbər – xalq artisti N.Əzimov) və Azərbaycan
Dövlət xalq çalğı alətləri
orkestri (bədii rəhbər – A.Paşayev) ifa etdi. |
|
Azərbaycan
bəstəkarı Fərhəng Hüseynov YUNESKO,
Paraqvay və Argentina Mədəniyyət Nazirlikləri,
ispan dilli Latın Amerikasının Beynəlxalq
radiosunun və bir sıra başqa nüfuzlu təşkilatların
birgə təşkil etdiyi bəstəkarların
«Xose Asunyon Flores» adına I Beynəlxalq müsabiqədə
Birinci yerə layiq görülmüşdür.
Bu mükafatı o, «Quarani kapriççiosu» simfonik
əsərinə görə almışdır. |
|
Sentyabrın
15-də «Requs» biznes mərkəzində
Bəstəkarlar İttifaqı və «Musiqi dünyası»
jurnalının «Azərbaycan bəstəkarları
və musiqişünasları» adlı yeni İnternet
saytının təqdimat mərasimi keçirildi. |
|
Oktyabr
ayında Zaqulba «Gənclik Beynəlxalq
istirahət mərkəzində Avropa bəstəkarlarının
qeyri formal görüş-seminarı keçirildi.
Seminarın aparıcıları Kşiştov Meyer
və Fərəc Qarayev idi. |
|
Noyabrın
4-də Yeni Azərbaycan Partiyasının
Bəstəkarlar İttifaqı ilə birgə keçirdiyi«Vətəni
tərənnüm edirəm» mahnı müsabiqəsində
1-ci mükafata V.Adıgözəlov, 2-ci mükafata
N.Məmmədov və R.Mustafayev, 3-cü mökafata
R.Şəfəq, C.Allahverdiyev, C.Abbasov,. həvəsləndirici
mükafata isə G.Eldarova və T.Hacıyev layiq
görülmüşlər. Mahnı Teatrında
müsabiqənin yekun konserti oldu. |
|
Noyabrın
15-də Azərbaycan
Respublikasının xalq artisti, professor, bəstəkar
Azər Rzayevin 70-illiyi münasibəti ilə Akademik
Opera və Balet Teatrında yubiley gecəsi keçirildi.
R.Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət
simfonik orkestrin ifasında «Bakı-90» simfoniyası
və 3 skripka və simfonik orkestr üçün
Konsert səslənmişdi. A.Rzayevin rəhbərlik
etdiyi Bülbül adına musiqi məktəbinin
uşaq simfonik orkestri bəstəkarın f-no ilə
simfonik orkestri üçün Konsertinin 1-ci hissəsini,
«Hacı Kərimin Aya səyahəti» operasından
parçaları ifa etdilər. Bundan başqa yubiley
tədbirləri Nizami adına Ədəbiyyat muzeyində,
Bülbül adına orta ixtisas məktəbində,
Niyazinin ev muzeyində də keçirildi. |
|
Noyabr
ayında
əməkdar incəsənət xadimi, bəstəkar
Əfsər Cavanşirovun anadan oolmasının
70 ili tamam oldu. Bu münasibəstə Azərbaycan
Telaradio verilişləri şirkətində onun
yaradıcılığına həsr olunmuş
gecə keçirilmişdi. |
|
Dekabrın
3-də Şəhriyar adına Mədəniyyət
Mərkəzində bəstəkar Mobil Babayevin anadan
55 illik yubileyi münasibətilə yaradıcılıq
gecəsi keçirilmişdi. Gucədə bəstəkarın
mahnıları, instrumental əsərləri respublikanın
məhşur müğənniləri və Teleradioşirkətinin
Estrada simfonik orkestrinin ifasında səsləndirilmişdir. |
|
|
Dekabrın
9-da Azərbaycan Respublikasının xalq
artisti, professor Tofiq Əhməd oğlu Bakıxanovun
anadan olmasının 70 illiyi «Şəhriyar» adına
Mədəniyyət Mərkəzində keçirildi.
Konsert proqramına bəstəkarın «Xəzər
balladası» baletindən süita, Violonçel və
simfoni orkestr üçün 1 saylı Konsert, 5 saylı
«Nigar» simfoniyası, tar və simfonik orkestr üçün
1 saylı Konsert daxil edilmişdi. Bu əsərləri
R.Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət
Simfonik okrestri ifa etdi. |
|
Dekabr
ayının 22-də Ş.Qurbanov adına
Musiqili Komediya Teatrında Respublikanını xalq
artisti, professor, mərhum Tofiq Quliyevin mahnılarından
ibarət albomunun təqdim etmə mərasimi olmuşdu.
|
|
Dekabrında
(27-28-29) Azərbaycan Bəstəkarlar İttifaqının
Mədəniyyət Nazirliyi ilə birgə simfonik
və kamera musiqisinə həsr olunmuş Plenumu
keçirilmişdir. R.Abdullayevin rəhbərliyi ilə
Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında
N. Məmmədov, C.Allahverdiyev, V. Allahverdiyev, S. Fərəcov,
X. Zeynalova, R. Ramazanov, L.Cəfərovanın, Dövlət
Kamera Orkestrinin ifasında N. Quliyev, S. İbrahimova,
O. Kazımov, S. Fərəcov, M. Cəfərovun
əsərləri səsləndi. Kamera - vokal musiqisi
İ. Abdullayev, N. Şəfiyeva, R. Qasımova, E.
Dadaşovanın əsərləri ilə təms |
|
Dekabrın
ayının
sonunda Azərbaycan Bəstəkarlar İttifaqının
Gənclər və İdman Nazirliyi ilə birgə
təşkil etdiyi ən"ənəvi «İlin ən
yaxşı əsəri» müsabiqəsinin yekunu
e"lan edilmişdir. Müsabiqəyə 4 nominasiya
üzrə 14 əsər təqdim olunmuşdu. Müsabiqə
28 yaşınadək olan bəstəkar və musiqişünaslar
arasında keçirilmişdi. Kiçik həcmli simfonik
əsərlər nominasiyası üzrə Xədicə
Zeynalova (simfonik oçerk əsəri ), Kamera - instrumental
nominasiya əsərlər üzrə Rüf"ət
Xəlilov ("Mağavuzdan gələn səslər"
əsəri), Mahnı və ya romans nominasiyası
üzrə Nərminə Nağıyeva (N.Xəzrinin
sözlərinə «Sənə» mahnısı),
musiqişünaslıq – oçerk və portret nominasiyası
üzrə Turan Məmmədəliyeva («Vaqif Mustafazadənin
ifaçılıq və bəstəkarlıq yaradıcılığına
dair» oçerki) müsabiqənin mükafatına
layiq görülmüşlər. |
|
|
Noyabrayında
"Musiqi dünyası" jurnalının 2000-ci ildəki
3-4-ci sayı çap olunmuşdur. Jurnalın əlavəsi
olan kompakt disk (2 CD) tanınmış Azərbaycan
ustad xanəndələri (1905-1915) |
|
İyul
ayında Böyük Britaniya Kral kitabxanasının
elmi əməkdaşı, bəstəkar və
araşdırıcı Uil Prentis XX yüzilliyin
başlanğıcında ingilis qrammafon yazan firmalarının
buraxdığı Azərbaycan sənətçilərinin
valları ilə bağlı ölkəmizə
səfər etmişdir. Kral kitabxanasında saxlanılan
və Azərbaycan və digər Şərq xalqları
mədəniyyətini əks etdirən qrammafon yazıları
kolleksiyaları ingilis musiqişünasının
diqqət mərkəzindədir. Səfər zamanı
Uil Prentis Azərbaycan Dövlət səs yazıları
arxivində, Dövlət musiqi mədəniyyəti
muzeyində, Uz. Hacıbəyovun ev-muzeyində olmuş,
gələcək əməkdaşlıq barədə
razılıq əldə etmişdir. Səfərin
sonunda Bakı mədəniyyət və incəsənət
informasiya mərkəzində qonaq sənətşünaslıq
doktoru Tariyel Məmmədovla görüşüb,
"Musiqi dünyası" jurnalına geniş müsahibə
vermişdir.
|
|
|
|
İyul
ayının 3-cü ilə 18-ci arası
sənətşünaslıq namizədi Azad Ozan
Kərimli Azərbaycan Elmlər Akademiyasının
Dədə Qorqud adına elmi-mədəni folklor
mərkəzinin xətti ilə Gəncə şəhəri
və Xanlar rayonunun Zurnabat, Mirzik və Yeni Qızılca
kəndlərində folklor toplamışdır.
Toplama işinin gedişində bir sıra dastan və
hekayətlər, eləcə də yerli və orijinal
saz havaları lentə alınmışdır.
|
|
yul
ayının 1-10
arası ABŞ-da "İpək yolu" proyekti üçün
Azərbaycanbəstəkarları Cavanşir Quliyevə
və Firəngiz Əlizadəyə sifariş olunmuş
musiqi əsərlərinin təqdimatı olmuşdur.
"İpək yolu" proyekti 2001-2005-ci illərdə
dünyanın 14 müxtəlif konsert salonlarında
eyni adlı festivallardan ibarətdir. C. Quliyev "Karvan",
F. Əlizadə "Dərviş" əsərlərini
təqdim etmişlər. |
|
|
|
|
Respublikanın
xalq artisti, Dövlət mükafatı laureatı
Vasif Adıgözəlovun "Çanaqqala" oratoriyası
2000-ci il iyunun 23-də
növbəti dəfə Ankara şəhərində
dirijor Yalçın Adıgözəlovun idarəsi
altında ifa edilmişdir |
|
21
may-21 iyun tarixdə Şimali Kipr adasında
4-cü Beynəlxalq Bellapais Musiqi Festivalı keçirildi.
25 may 2000-ci ildə Tofiq Bakıxanovun skripka və
fortepiano üçün "Türk rapsodiyası" səsləndi. |
|
|
|
İyun
ayının 18-i və 19-da Azərbaycan
Bəstəkardar İttifaqı xalq çalğı
alətləri orkestri üçün yazılmış
əsərlərə həsr olunmuş plenum keçirirmişdir.
Plenum konsertlərində Azteleradio Şirkətinin
S. Rüstəmov adına xalq çalğı alətləri
orkestri (bədii rəhbər - respublikanın xalq
artisti N. Əzimov, dirijor F. Sadıxov) və Azərbaycan
Dövlət xalq çalğı alətləri
orkestri (bədii rəhbər - professor A. Paşaevdir)
ayrı-ayrılıqda çıxış etdilər.
Proqrama Ü. Hacıbəyovun, Q. Qarayevin, V. Adıgözəlovun,
H. Xanməmmədovun, Ş. Axundovanın, O. Kazıminin,
N. Quliyevin, N. Əzimovun, V. Allahverdiyevin, C. Allahverdiyevin
əsərləri daxil edilmişdi. |
|
İyunun
7-də Dövlət opera
və balet teatrında X. Mirzəzadənin "Ağlar
və qaralar" baletinin ilk tamaşası olmuşdur.
Əsərin quruluşunu baletmeyster Pulumb Aqılıu
vermiş, royalda solonu beynəlxalq müsabiqələr
laureatı Gülnarə Səfərova ifa etmişdir.
|
|
|
|
İyun
ayında "Musiqi dünyası" jurnalının
2000-ci ildəki 2-ci sayı (¹ 3) çap olunmuşdur.
Jurnalın əlavəsi olan kompakt disk (CD) tanınmış
caz pianoçusu Vaqif Sadıxovun yaradıcılığına
həsr olunmuşdur |
|
İyun ayının ilk
günlərində əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor
Zemfira Səfərovanın "Elm" nəşriyyatında
çap olunmuş "Həmişəyaşar ən'ənələr"
başlıqlı kitabı işıq üzü
görmüşdür. Kitabda tanınmış
araşdırıcının elmi məqalə və
müsahibələri toplanmışdır. |
|
|
|
Martın
4-də İstambulda Arif Məlikovun "Məhəbbət
əfsanəsi" baletinin (N. Hikmətin librettosu əsasında)
ilk tamaşası (sayca 65-ci) uğurla keçmişdir.
Baletin quruluşunu Moskvadan xüsusi dəvət
almış görkəmli baletmeyster Q. Qriqoroviç
həyata keçirmiş, quruluşçu rəssam
S. Virsaladzenin eskizlərindən istifadə olunmuşdur.
Dirijor pultu arxasında həmyerlimiz Elşad Bağırov
dayanmışdır. |
|