bəstakərlar ittifaqı - bəstəkarlar - musiqişunaslar - yeniliklər - yaradıcılıq qrupu

 

 

 

 


2001-ci il

Dekabr ayının 10-da Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə İdman, Gənclər və Turizm Nazirliyinin ən’ənəvi təşkil etdiyi «İlin ən yaxşı əsəri» müsabiqəsinin yekun iclası keçirilmişdir. Müsabiqəyə 4 nominasiya üzrə 28 yaşa qədər bəstəkar və musiqişünaslar 11 əsər təqdim etmişlər. Kiçik həcmli simfonik əsər nominasiyası üzrə Lalə Cəfərova, Kamera-instrumental əsər nominasiyası üzrə Nərminə Nağıyeva, ən yaxşı romans nominasiyası üzrə isə Firudin Allahverdiyev məsabiqənin laureatları e’lan edildilər.


Dekabrın 2-8-dək Zağulba Gənclik Mərkəzində gənc bəstəkar və musiqişünasların ən’ənəvi seminarı keçirilmişdir. Seminara bəstəkar Cavanşir Quliyev rəhbərlik etmişdir. Tədbirdə bəstəkarlar S.Fərəcov, A.Ozan Kərimli, İ.Azmanlı, A.Zahid, R.Ramazanov, X.Zeynalova, V.Camalzadə, F.Allahverdiyev, M.Ənzari, E.Mirzəyev; musiqişünaslardan: T.Məmmədəliyeva, S.Məmmədəliyeva, V.Babayeva iştirak etmişlər. Seminarda bəstəkarların yeni əsərlsri səsləndi və müzakirə edildi.


Noyabr ayında "Musiqi dünyası" jurnalının 2001-ci ildəki 3-4-ci sayı çap olunmuşdur


Noyabr ayının 23-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Respublikanın xalq artisti, professor Ramiz Mustafayevin 75 illik yubileyi keçirilmişdir. Yubiley tədbirində Azərbaycan Dövlət simfonik orkestri, Dövlət Xor Kapellası, habelə müğənnilərdən Səkinə İsmayılova, Azər Zeynalov, Adil Məlikov, Şahlar Quliyev, Elxan Əhədzadə, Əkrəm Poladov iştirak etmişlər.


Sentyabrın 28-də Kamera və Orqan musiqisi zalında mərhum bəstəkar, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Cahangir Cahangirovun anadan olmasının 80 illiyi ilə bağlı konsert keçirilmişdir. Konsertdə Azərbaycan Dövlət Xor Kapellasının kollektivi, solistlər – Rauf Adıgözəlov, Həsən Enemi, Aygün Bayramova, Əliəhməd İbrahimov işhtirak etmişlər. Proaqrama C.Cahangirovun «Füzuli» kantatası, a"kapella xoru üçün «Yanmamış papiros», «Soruşma», «Kərəm kimi», «Ana», «Aylı gecələr» mahnıları daxil edilmişdir.


İyul ayında Bəstəkarlar İttifaqının qonağı Türkiyə bəstəkarı, İstambul Yıldız Universitetinin müzik və səhnə sanatları bölümünün doktoru, professor Əhməd Yürür olmuşdur. Bəstəkarlar İttifaqınldakı görüşdə Bəstəkarlar İttifaqının Katibiləri Ramiz Zöhrabov, Firəngiz Əlizadə, bəstəkar Cavanşir Quliyev, musiqişünaslardan Zümrüd Dadaşzadə, Lalə Hüseynova iştirak etmişlər. Əhməd Yürür respublikamızda olduğu müddətdə Ləkəran, Lerik, Astara, Masallı rayonlarına səfər etmişdir.


İyunun 6-da Bakı Musiqi Akademiyasının Böyük Zalında bəstəkar Həsən Rzayevin xatirə gecəsi keçirilmişdir. Konsertdə Bülbül adına Orta musiqi məktəbin uşaq simfonik orkestri (bədii rəhbər Azər Rzayev), tarzən Ramiz Quliyev və Akademiyanın tələbələri iştirak etmişlər. İyun ayının 14-də Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət Nazirliyi ilə birgə Xor musiqisindən ibarət Plenum keçirdi. Proqrama E.Dadaşova, S.İbrahimova, X.Mirzəzadə, C.Abbasov, Q.Məmmədov, Ağakərim .Kərimov,. F.Nağıyev, R.İbrahimov, İ.Azmanlı, N.Quliyev, A.Dadaşov, R.Əliyevin xor əsərləri Azərbaycan Dövlət Xor kapellasının (bədii rəhbər – əməkdar incəsənət xadimi Gülbacı İmanovadır) proqramına daxil edilmişdi.


İyun ayının 2-də Lənkaranda Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilmişdir. Plenumun işində Bəstəkarlar İttifaqının I katibi Vasif Adıgözəlov, Bəstəkarlar İttifaqının Katibi Ramiz Zöhrabov və bəstəkar Musa Mirzəyev iştirak etmişlər. Regionun musiqi həyatını fəallaşdırmaq məqsədilə burada Lənkəranda Bəstəkarlar İttifaqının Lənkəran şöbəsinin açılması qərara alınmış və professor, bəstəkar Musa Mirzəyev onun sədri seçilmişdir.


Aprel ayında "Musiqi dünyası" jurnalının 2001-ci ildəki 3-4-ci sayı çap olunmuşdur.


May ayının 29-da Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi GESAC ( Avropa Müəllif Hüquqları Birliyi) tərəfindən təşkil edilmiş «Müəllif Hüququnun gənclərin yaradıcılığında rolu» mövzusunda Beynəlxalq seminarda bəstəkar və musiqişünaslardan – S.Fərəcov, R.Xəlilov, X.Zeynalova, C.Mahmudova, L.Hüseynova, L.Fərəcova iştirak etmişlər.


Aprel ayında Azərbaycan bəstəkarlarının kamera musiqisindən ibarət Plenum kesirildi. Plenumun proqramına T. Bakıxanovun, M. Mirzəyevin, M. Quliyevin, İ. Azmanlının, N.Quliyevin, N. Nağıyevanın kamera-instrumental əsərləri, habelə Ş. Axundova, N.Şəfiyeva, E.Dadaşova, M.Cəfərov, X.Zeynalova, İ.Abdullayevin əsərləri daxil edilmişdi.


Fevral ayının 7-də Kamera və Orqan musiqisi Zalında əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Quliyevin 65 illik yubileyi münasibətilə müəllif konserti oldu. Konsertin I hissəsində Azərbaycan Simfonik Orkestrinin ifasında (dirijor və bədii rəhbər R.Abdullayev) Nizaminin sözlərinə «Qəzəl», solistlər, xor və orkestri üçün «Triptix» səslən, II hissədə dinləyicilərin diqqətinə «Müğamsayağı və aşıqsayağı miniatürlər», habelə 7-ci simfoniya təqdim olundu.


Yanvar ayının 23-də Respublikanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun Kamera və Orqan musiqisi Zalında yeni 2 saylı Kvartetinin premyerası olmuşdur. Əsəri Azərbaycan Dövlət Simli Kvarteti ifa etmişdi.


 

 
         © Musigi Dunyasi, 2000