|
|
2003-cü
il |
|
Fevralın
27-də Azərbaycan Bəstəkarlar İttifaqı
"Muğam" Teatrı ilə birlikdə böyük
bəstəkar, Azərbaycan Respublikasının xalq
artisti Tofiq Quliyevə həsr olunmuş xatirə gecəsi
keçirilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Katibi Ramiz
Zöhrabov, Azərbaycan Kinematoqrafçılar İttifaqının
Birinci Katibi Rasim Balayev, kinorejissor Oqtay Mirqasımov,
Teatr Xadimləri İttifaqının Birinci Katibi Azər
Paşa Ne'mətov, Azərbaycan Respublikasının
xalq artistləri, bəstəkar Tofiq Bakıxanov, tarzən
Ramiz Quliyev çıxış etdilər. Xatirə
gecəsinin bədii hissəsində müğənnilər
İlhamə Quliyeva, Rəşidə Behbudova, Nazpəri
Dostəltyeva, Faiq Ağayev, Lalə Məmmədova,
Almaz Ələsgərli, İlqar Muradov və b. bəstəkarın
mahnılarını ifa etdilər. |
|
Fevralın
25-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti
Muzeyində bəstəkar Musa Mirzəyevin 70 illiyinə
həsr olunmuş yaradıcılıq gecəsi keçirildi.
Gəcədə Mədəniyyət Nazirinin müavini
Sevda Məmmədəliyeva, bir sıra ölkələrin
Azərbaycandakı səfirliklərin nümayəndələri,
bəstəkarlar Azər Rzayev, Aqşin Əlizadə,
Əziz Əzizli, BMA-nın rektoru Fərhad Bədəlbəyli,
musiqişünas Şəhla Mahmudova və b. çıxış
etdilər. Bəstəkarın əsərlərini
Eldar İskəndərov (violoçel), Töhfə
Babayeva, Cəmilə Musayeva (kaman), Gülnaz İsmayılov
(soprano) və müəllifin özü ifa etdilər.
Bəstəkarın müəllif gecəsi həmçinin
Bülbül adına Orta İxtisas Musiqi məktəbində
keçirilmişdir. |
|
Fevral
ayının 18-23-dək SoNoR Müasir Musiqi
Təşəbbüs Mərkəzi Bakıda ilk dəfə
olaraq "SoNoR Tellər: Mədəniyyət... Təmaslar...2003"
adlı I Beynəlxalq Müasir və Ən'ənəvi
Musiqi Festivalını keçirdi. Təşkilat komitəsinin
bədii rəhbəri bəstəkar Elmir Mirzəyev
idi. Festivalda Türkiyə, Çin, İtaliya, Böyük
Britaniya, Hindistan, Almaniya, Gürcüstan, Ukrayna, İran,
Litva, Makedoniya, Özbəkistan, Rusiya və Azərbaycan
bəstəkarları və ifaçıları iştirak
etdilər. Festival çərçivəsində azərbaycan
bəstəkarlarının əsərləri səsləndi.
O cümlədən: Nazim Əliverdibəyovun orqan
üçün "Muğam Bayatı-şiraz" (ifaçı
Marianna Vısotskaya, Rusiya), Rauf Abdullayevin rəhbərliyi
ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında Aqşin Əlizadənin
V simfoniyası, İsmayıl Hacıbəyovun fleyta
və simli orkestr üçün Konsertştük
(solist Elman Mustafayev, Azərbaycan) və Cavanşir
Quliyevin zurna və orkestr üçün Uvertürası;
Ukraynadan Freskalar Ansamblı & Duo Violonçelissimo ansamblın
ifasında Firəngiz Əlizadənin solo violonçel
üçün "Aşk havası"; Fərəc Qarayevin
iki piano üçün Sonatası (ifaçılar
Yuri Sayutkin və Samir Mirzəyev, Azərbaycan); Salman
Qəmbərovun piano üçün Variasiyaları
(ifaçı Kəmalə Neymənova, Azərbaycan);
Zaur Fərhadovun solo fleyta üçün Magum II (ifaçı
Elman Mustafayev, Azərbaycan), Rüfət Xəlilovun
klarnet, kaman və violonçel üçün İki
pyes (ifaçılar: klarnet - Nizami Zeynalov, kaman - Soltan
Məmmədova, violonçel - Aleksey Miltıx, Azərbaycan);
Xəyyam Mirzəzadənin piano üçün "Ohne"
əsəri (ifaçı - Gülnarə Səfərova,
Azərbaycan); Xədicə Zeynnalovanın fleyta və
gitara üçün "Ay işığında" romansı
(ifaçılar - Elman Mustafayev və Rövşən
Məmmədov, Azərbaycan); Vasif Adıgözəlovun
piano üçün Prelüdləri (I-IV dəftərdən)
(ifaçı - Elnarə Kəbərlinskaya, Azərbaycan);
Aqşin Əlizadənin kaman və piano üçün
"Portret"i (ifaçılar - Olqa Rexroth, Almaniya və
Kəmalə Neymətova, Azərbaycan) və b. əsərlər
səsləndi. |
|
Fevralın
15-də Az TV I kanalının "Səhər"
proqramında azərbaycan xalq mahnılarına və
azərbaycan bəstəkarlarının mahnı yaradıcılığına
həsr olunmuş "Mahnılarımızı öyrənirik"
rubrikası açıldı. Rubrikanın açılması
Azərbaycan Bəstəkarlar İttifaqının
və Az TV I kanalının təşəbbüsü
ilə təşkil edilmişdir. Rubrikanın aparıcıları
- bəstəkarlar Elnarə Dadaşova və İlham
Abdullayevdir. |
|
Fevral
ayının 7-də Azərbaycan Dövlət
Musiqi Mədəniyyəti Muzeyində Qara Qarayevin
85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Mədəniyyət Nazirinin müavini
Sevda Məmmədəliyeva, Qara Qarayevin tələbələri
- bəstəkarlar Sevda İbrahimova, Əziz Əzizli,
Eldar Rüstəmov, Rəhilə Həsənova, Musa
Mirzəyev, habelə Aqşin Əlizadə, Zemfira
Səfərova, Nəriman Məmmədov və b. iştirak
etdilər. Tədbiri Qara Qarayevin tələbəsi
Elnarə Dadaşova apardı. Konsert proqramında
Qara Qarayevin "Yeddi gözəl" baletindən fraqmentlər,
"Na xolmax Qruzii" və "Ya vas lyubil" romansları, fortepiano
üçün "Tsarskosel heykəli" pyesi və b. əsərləri
səsləndi. Bundan başqa, muzeyin müdiri Alla
Bayramova dinləyicilərə muzeyin arxivindən Qara
Qarayevin iki namə'lum əsərini təqdim etdi:
"Sonatina" (1940), adı qeyd olunmamış bir kompozisiya
və Niyazinin yubileyinə yazılmış "Var ol,
Niyazi" kantatasından bir epizod səsləndirildi. Konsertdə
əsərlər E.İskəndərov, T.Babayeva,
Ü.Hacıbəyova, F.Məmmədova, N.Kərimovanın
ifasında təqdim olundu. |
|
Fevral
ayının 6-da Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında dahi bəstəkar,
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatı laureatı, akademik Qara
Qarayevin anadan olmasının 85 illiyinə həsr
edilmiş xatirə gecəsi keçirilmişdir. Tədbirdə
giriş sözü ilə Mədəniyyət Naziri
Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov çıxış etdilər.
Konsertdə Azərbaycan Respublikasının xalq artisti,
professor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyov
adına Dövlət simfonik orkestri iştirak etdi.
Konsert proqramında Qara Qarayevin "Leyli və Məcnun"
simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı
yollarla" baletlərindən parçalar səsləndi.
Yubiley gecəsində Azərbaycan Respublikasının
Prezidenti cənab Heydər Əliyev iştirak etmişdir.
|
|
Fevral
ayının 2-də
görkəmli musiqişünas alim və ifaçı,
sənətşünaslıq doktoru, Bəstəkarlar
İttifaqının və Musiqi Xadimləri İttifaqının
üzvü, Bakı Musiqi Akademiyasının birinci
prorektoru, professor Elxan Əlisəttar oğlu Babayev
ömrünün 55-ci ilində vaxtsız vəfat
etmişdir. E.Babayev 1948-ci ildə Bakı şəhərində
anadan olmuşdur. O, Azərbaycan Dövlət Konservatoriyasını
nəfəs alətləri və musiqişünaslıq
ixtisasları üzrə bitirmişdir. 1971-ci ildə
E.Babayev Azərbaycan Dövlət Televiziya və Radiosunun
Simfonik Orkestrində ifaçılıq fəaliyyətinə
başlamışdır. O, həmçinin nəfəsli
kvintetin təşkilatçısı və solisti
idi. 1975-ci ildən o, Azərbaycan Dövlət Teleradio
Verilişləri Komitəsində baş redaktor vəzifəsində
çalışmışdır. 1985-ci ildə E.Babayev
Moskva Konservatoriyasında "Azərbaycan muğam dəstgahlarında
ritmika" mövzusunda namizədlik dissertasiyasını
müdafiə etmişdir. 1985-1988-ci illərdə
o, İraqda Milli Simfonik Orkestrin solisti kimi çalışmış
və İraq İncəsənət Akademiyası,
Bağdad musiqi və balet məktəbində dərs
demişdir. E.Babayev 1978-ci ildən Bakı Musiqi Akademiyasında
pedaqoji fəaliyyətə başlamışdır.
1992-ci ildən E.Babayev Bakı Musiqi Akademiyasında
nəfəs və zərb alətləri kafedrasının
müdiri, ifaçılıq fakultəsinin dekanı,
1993-cü ildən ömrünün sonuna kimi birinci
prorektor vəzifəsində çalışmışdır.
1999-cu ildə o, "Şifagi ən'ənəli Azərbaycan
musiqisinin intonasiya problemləri" mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. E.Babayev
həmçinin bacarıqlı musiqi təşkilatçısı
kimi də tanınmışdı. O, ölkəmizdə
ilk dəfə F.Əmirov adına nəfəs və
zərb alətləri üzrə ifaçılıq
müsabiqəsinin təşəbbüskarı və
təşkilatçısı olmuşdur. E.Babayev Azərbaycan
musiqi elminin görkəmli və tanınmış
nümayəndələrindən biri idi. O, şifahi
ən'ənəli professional musiqimizin müxtəlif
problemlərinə həsr olunmuş üç fundamental
monoqrafiyanın, xalq musiqisi və bəstəkar yaradığılıhına
dair yüzlərlə elmi, elmi-publisistik, tənqidi
məqalə və oçerklərin müəllifidir.
Radio və televiziyada onlarla verilişlərin müəllifi
və aparıcısı E.Babayev Azərbaycan musiqisinin
yorulmaz təbliğatçısı kimi tanınmışdır.
E.Babayev ABŞ-da, Almaniyada,Türkiyədə, İraqda
keçirilən beynəlxalq simpozium və konfranslarda
mə'ruzə və mögazirələrlə çıxış
etmişdir. Azərbaycan muhamına həsr edilmiş
tədqiqatlarına görə o, musiqişünasların
B.Asafyev adına beynəlxalq mükafatına və
"Humay" mükafatına layiq görülmüşdür.
|
|
Fevral
ayının 2-də Şəhriyar adına
Mədəniyyət Mərkəzində Gənclər,
İdman və Turizm Nazirliyi "İlin ən yaxşı
əsəri" mükafatını 2002-ci ildə fərqlənmiş
yaradıcı gənclərə təqdimetmə
mərasimi keçirmişdi. Mərasimdə Gənclər,
İdman və Turizm Naziri giriş sözü ilə
çıxış etdi. Azərbaycan Bəstəkarlar
İttifaqının üzvlərindən: 1. Ramazanov
Rüfət Kamal oğlu ("Simfonik musiqi" nominasiyası
üzrə) "Nəimi" - simfonik orkestr üçün
dramatik musiqiyə; 2. Quliyeva Lalə Darvin qızı
("Kamera-vokal musiqisi" nominasiyası üzrə) "Bu gecə"
(söz: İ.Piriyev) romansına; 3. Camalzadə Vüqar
Vaqif oğlu ("Mahnı" nominasiyası üzrə "Səs"
mahnısına (söz: A.Əhmədzadə) 4. Mahmudova
Gülzar Rafiq qızı ("Musiqişünaslıq"
nominasiyası üzrə) "Ostinatnosth v muzıke ustnoy
tradiöii Azerbaydjana" kitabına görə mükafatlarla
təltif olundular. Mükafatları Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov təqdim etdi. |
|
Yanvar
ayının 28-də Azərbaycan Bəstəkarlar
İttifaqı "Muğam" Teatrı ilə birlikdə
Səid Rüstəmovun xatirəsinə həsr olunmuş
gecə keçirilmişdir. Bəstəkarın həyat
və yaradıcılığı barədə Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov çıxış etdi.
Öz xatirələrini xalq artistləri Ramiz Mustafayev,
Tofiq Bakıxanov, Nəriman Əzimov, tarzən Ramiz
Quliyev, əməkdar incəsənət xadimi Cavanşir
Quliyev və başqalaraı danışdılar.
Gecədə Səid Rüstəmovun mahnılarını
İlhamə Quliyeva, Ramiz Quliyev (tarda), İlahə
Fəda, Zöhrə Abdullayeva və b. ifa etdilər.
|
|
Yanvar
ayının 27-də Bakı Musiqi Akademiyasının
Böyük Zalında Azərbaycan Bəstəkarlar
İttifaqının təşəbbüsü ilə
"Vətən yanhısı ilə..." musiqili-ədəbi
gecə keçirilmişdir. Gecə "20 yanvar" faciəsinin
13 ildönümünə həsr olunmuşdur. Proqrama
Azərbaycan bəstəkarlarının vokal-simfonik,
simfonik əsərləri və Azərbaycan şairlərinin
şe'rləri daxil edilmişdir. Konsert proqramında
Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin
Niyazi adına simfonik orkestri (bədii rəhbər
və dirijor, Əməkdar incəsənət xadimi
Yaşar İmanov), Azərbaycan Televiziya və Radio
Verilişləri Şirkətinin xoru (bədii rəhbər
- Azərbaycan Respublikasının xalq artisti Ramiz Mustafayev)
və Simli kvartet (bədii rəhbər Tofiq Aslanov),
habelə şairlər - Musa Ələkbərli, Adil
Cəmil, Yusif Həsənbəy iştirak etdilər.
Konserti Azərbaycan Bəstəkarlar İttifaqı
İdarə Hey'ətinin Birinci Katibi Vasif Adıgözəlov
giriş sözü ilə açdı. Proqramda Tofiq
Bakıxanovun simli kvartet və simfonik orkestr üçün
"Xatirə poeması", Elnarə Dadaşovanın simfonik
orkestr üçün "Xoral", Sevda İbrahimovanın
"Sənin üçün darıxıram, Şuşam"
(solist Respublikanın xalq artisti Ramiz Quliyev), Ramiz Mustafayevin
xor və simfonik orkestr üçün "Azərbaycan"
(söz. Rəfiq Zəka), solist, xor və simfonik orkestr
üçün "Sərhəd keşiyindəyəm"
(söz. Yusif Həsənbəy) (solist Respublikanın
əməkdar artisti Şahlar Quliyev), Azad Zahidin simfonik
orkestr üçün "Matəm musiqisi", Rauf Əliyevin
xor və simfonik orkestr üçün "Türk oğlu
dönməz geri" (söz: Həsən Merac), Məmməd
Cəfərovun "Yuxulama, oğuz oğlu" kantatasından
II hissə - "Ağı" (söz: xalq bayatılarından),
Sərdar Fərəcovun öz sözlərinə
yazılmış solist, xor və simfonik orkestr üçün
"Vətən dara düşəndə" (solist Şahlar
Quliyev) və Vasif Adıgözəlovun solist, xor və
simfonik orkestr üçün "Çəkin Qarabağdan
qara əlləri" (söz: Nəbi Xəzri, solist Respublikanın
əməkdar artisti Elxan Əhədzadə) əsərləri
səsləndi. Konsert proqramını Azərbaycan
Bəstəkarlar İttifaqının Məs'ul Katibi
Lalə Hüseynova apardı. |
|
Yanvar
ayının 27-də
Ü.Hacıbəyovun ev-muzeyində Şərqin
ilk operası - "Leyli və Məcnun" tamaşasının
95 illik yubileyinə həsr edilmiş "Həmişəyaşar
"Leyli və Məcnun" adlı tədbir keçirilmişdir.
Muzeydə mövzu ilə bağlı sərgi də
nümayiş olundu. Tədbirdə sənətşünaslıq
doktoru Zemfira Səfərova, Respublikanın xalq artisti
Sevda İbrahimova, bəstəkar Sərdar Fərəcov,
sənətşünaslıq namizədi Zümrüd
Dadaşzadə və b. iştirak etdilər. |
|
Yanvar
ayının 26-da Bakı Musiqi Akademiyasının
Böyük Zalında UNOCAL KHAZAR LTD. COMPANY və
Bakı Musiqi Akademiyasının təşəbbüsü
ilə "Bakustic JAZZ" qrupunun konserti keçirildi. Qrupun
bədii rəhbəri bəstəkar Salman Qəmbərovdur.
"Bakustic JAZZ" qrupunun tərkibinə piano (Salman Qəmbərov),
bas-gitara (Emil Həsənov), baraban (Sergey Krasnyanski)
və zərb alətləri (Tofiq Cabbarov) daxildir.
Musiqi axşamında C.Qrin, C.Kern, D.Ellinqton, L.Bonfa
və b. caz ustalarının əsərlərinə
kompozisiyalar səsləndi. |
|
Yanvar
ayının 25-də
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ilə Azərbaycan musiqi sənətinin inkişaf
etdirilməsindəki xidmətlərinə görə
Musa Abdulla oğlu Mirzəyev "Şöhrət" ordeni
ilə təltif etdirilmişdir. |
|
Yanvar
ayının 25-də
Əbilov adına Mədəniyyət Mərkəzində
görkəmli Azərbaycan bəstəkarı Rauf
Hacıyevin 80 illik yubileyi münasibəti ilə xatirə
gecəsi keçirilmişdir. Orada bəstəkarın
həyat və yaradıcılıq haqqında Azərbaycan
Bəstəkarlar İttifaqının Katibi Ramiz Zöhrabov,
R.Hacıyev adına 15 saylı musiqi məktəbinin
direktoru Nadir Babayev və b. öz mə'ruzələri
ilə çıxış etdilər. Ailəsi adından
bəstəkarın qızı Nanə Hacıyeva
gecənin keçirilməsinə görə öz
minnətdarlığını bildirdi və Mədəniyyət
Mərkəzinə R.Hacıyevin bir sıra şəkillərini
və audio kassetlərini bağışladı. Gecədə
Mədəniyyət Mərkəzinin xalq çalğı
alətləri ansamblının və solistlərin
ifasında bəstəkarın mahnıları və
instrumental əsərləri ifa olundu. |
|
Yanvar
ayının 14-də
Azərbaycan Dövlət Opera və Balet Teatrında
Tekfen Qaradəniz Filarmoniyası orkestrinin konserti keçirilmişdir.
Orkestrin dirijoru professor Saim Akçıldır. Konsertdə
Qara Qarayevin "Yeddi gözəl" baletindən Ayşənin
Rəqsi, Musa Mirzəyevin "Ballada" və "Alleqoro"su,
Nevit Kodallının "Telli Durna" əsəri, İlyas
Mirzəyevin ney və kamera orkestri üçün
Konsertinin I, II və IV hissələri, P.Çaykovskinin
simli orkestr üçün Serenadası və b. əsərlər
səsləndi. Konsertdə Azərbaycan Respublikasının
Prezidenti cənab Heydər Əliyev iştirak etmişdir.
|
|
Yanvar
ayının 7-də BMA-nın elmi-tədqiqat
və yaradıcılıq işləri üzrə
prorektorun kabinetində böyük dramaturq Hüseyn
Cavidin 120 illik yubileyinə həsr olunmuş professor-müəllim
heyətinin və tələbələrin konfransı
keçirilmişdir. Konfrans Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının
təşəbbüsü ilə keçirilmişdir.
Konfransda professor Gülnaz Abdullazadə, professor Ramiz
Zöhrabov, dosent Fərəh Əliyev, dosent Zümrüd
Dadaşzadə, dosent Cəmilə Həsənova,
bəstəkar Rəhilə Həsənova və b.
öz mə'ruzələri ilə çıxış
etdilər. |
|
Yanvar
ayının 7-də
BMA-nın elmi-tədqiqat və yaradıcılıq
işləri üzrə prorektorun kabinetində görkəmli
sənətkar, xalq artisti Şövkət Ələkbərovanın
80 illik yubileyinə həsr olunmuş professor-müəllim
heyətinin konfransı keçirilmişdir. Konfrans
Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Bakı Musiqi Akademiyasının təşəbbüsü
ilə keçirilmişdir. Konfransda professor Vasif Adıgözəlov,
professor Gülnaz Abdullazadə, professor Elxan Babayev,
professor Ramiz Zöhrabov, professor v.i.e., İmruz Əfəndiyeva,
professor v.i.e. Ülviyyə İmanova, baş müəllim
Mehriban Əhmədova və b. öz mə'ruzələri
ilə çıxış etdilər. |
|
|