bəstakərlar ittifaqı - bəstəkarlar - musiqişunaslar - yeniliklər - yaradıcılıq qrupu

 

 

A    C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K
  Q  L M  N  O  Ö  P  R  S  Ş  U  Ü  V  Y  Z 

BABAYEV ARİF BƏHRAM OĞLU

Bəstəkar, 1955-ci il iyulun 4-də anadan olub.

Əsərləri:

Bəstəkarın öz sözlərinə yazılmış mahnılar (1990-2001).

 

 


BABAYEVA FİRƏNGİZ SEYFƏL QIZI

1949-cu il oktyabr ayının 24-də anadan olub.

Əsərləri: Piano üçün pyeslər (1992); Xalq çalğı alətləri orkestri üçün "Sözsüz mahnılar" (1993); Tar və simfonik orkestr üçün Konsert (1995); 2 saylı simli Kvartet (1996); Piano üçün prelüdlər (1997). M.Müşfiq, B.Vahabzadə, R.Zəka, F.Qoca, C.Cabbarzadə, R.Zəbioğlu, H.Məmməd, D.Nəsibli, Ə.Yusifli, B.Vəziroğlu və b. Azərbaycan şairlərinin sözlərinə mahnılar (1990-2001).


BABAYEV MOBİL RƏŞİD OĞLU

1945-ci il noyabrın 23-də anadan olub, bəstəkar.

Əsərləri: "Ömür bitir, yol bitməz". 3 saylı Simfoniya (1990); "Ağlama torpağım, ağlama..." Solistlər, xor və orkestr üçün Kantata. Söz. N. Kəsəmənlinindir (1990); "Mən bu yerdən gedəli". Xor və orkestr üçün silsilə. Söz. Qaracaoğlanındır (1995); "Düşüncələr". Orkestr üçün 4 hissəli Konsert (1999).

 


BAKIXANOV TOFİQ ƏHMƏDAĞA OĞLU

1930, Bakı. Ü.
Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A. Amitonun (1953), bəstəkarlıq üzrə professor Q. Qarayevin sinfini bitirib (1957). Respublikanın xalq artisti (1991). Professor (1983).

Əsərləri: Səhnə əsərləri: Musiqili komediyalar - "Altılardan biri", "Məmmədəli kurorta gedir" (həmmüəllif N. Məmmədov), "Qız görüşə tələsir" (həmmüəllif N. Məmmədov). Baletlər: "Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər". BSO üçün 5 simfoniya. Skripka və f-no üçün 5 konsert. Tar və simfonik orkestr üçün 4 konsert. Violonçel və simfonik orkestr üçün 2 konsert. Klarnet və simfonik orkestr üçün Konsert. BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları; çoxlu sayda kamera-instrumental əsərlər; kamera-vokal əsərlər, mahnılar və romanslar.


BƏBİROV ADİL MUSA OĞLU

1934-cü il fevralın 5-də anadan olub. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1989)

ƏƏsərləri: Azərbaycan xalq mahnılarının işləmələri (1990 - 2001).

 

 


BÜLBÜLOĞLI POLAD

1945, Bakı.
Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib (1968). Azərbaycan Respublikasının xalq artisti (1982).

Əsərləri: Operetta, BSO üçün süitalar, vokal-simfonik silsilələr, teatr və kino üçün musiqi, 100-ə yaxın mahnı.

 

 

 

 

         © Musigi Dunyasi, 2000