|
RZAYEV
AZƏR HÜSEYN OĞLU
1930-cu il iyulun 15-də
anadan olub.
Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi (1972)
Professor (1977) Azərbaycan Respublikasının xalq
artisti (1990)
"Şöhrət" Ordeni (2000)
"Humay" mükafatı (2002)
ƏSƏRLƏRİ:
"Bakı-90" Simfoniyası (1990); Skripka, viola və
simfonik orkestr üçün ikili Konsert (1990); Skripka
və piano üçün Sonatina (1990); Simfonik
orkestr üçün "6 simfonik lövhə" (1991);
Piano, skripka və violonçel triosu üçün
Sonata (1991); N.Gəncəvinin söz. səs və
kamera orkestri üçün "Lirik mahnı" (1993);
Kamera orkestri üçün "Noktürn" (1993); Violonçel
və orkestr üçün "Kantilena" /S.Əliyevin
xatirəsinə ithaf olunub/ (1994); H.Sahirin söz.
səs və simfonik orkestr üçün "Söylə
tanrı" Romansı (1995); Tar və kamera orkestri
üçün "Düşüncə" və "Qaytağı"
/"6 simfonik lövhə"dən iki hissə/ (1995);
Simfonik orkestr üçün "Gənc ifaçılar
marşı" (1997); Ə.Hüseynin söz. səs
və simfonik orkestr üçün "Nəvələr"
mahnısı (1998); Piano üçün 6 Prelüd
(2000); 3 skripka və simfonik orkestr üçün
Konsert (2000). "Musiqi aləmində" silsilə televiziya
və "Opera səhnəmizin ustaları" silsilə
radio verilişlərin müəllifi və aparıcısı
(1990 - 1993). Dövri mətbuatda məqalələr
(1990 - 2001). |
|
RAMAZANOV
RÜFƏT KAMAL OĞLU
1969-cu il oktyabrın
25-də anadan olub
ƏSƏRLƏRİ:
"Hürufilər" Simfoniyası (1995); "Tet-a-Tet" -
viola və violonçel üçün Dilogiya (1996);
Solo violonçel üçün "Dörd simin fəryadı"
Poeması (1997); Soprano, fleyta, çembalo və vibrafon
üçün "Qüssə" kompozisiyası (1997);
Piano üçün 7 Prelüd (1997); Orqan üçün
"Avtoportret" Poeması (1998); Orqan üçün
"And" Poeması (1999); "Sensorium" - solo skripka üçün
musiqi (1999); Simfonik orkestr üçün "Balet süitası"
(2000); "Nəimi" - simfonik orkestr üçün
dramatik musiqi (2001). "Bakı hamamları" bədii-sənədli
filminə musiqi (2001). |
|
RƏCƏBOV
OQTAY MƏMMƏDAĞA OĞLU
1941-ci
il aprelin 5-də anadan olub.
Azərbaycan Lenin komsomolu mükafatı laureatı
(1982)
Pedaqoji elmlər namizədi (1985)
Azərbaycan Respublikasının əməkdar
müəllimi (1987)
Pedaqoji elmlər doktoru (1992) Professor (1995)
ƏSƏRLƏRİ:
"Göyçək Fatma" - cizgi film-opera /Azərbaycan
xalq nağılı əsasında/ (1992); "Xeyir
və Şər" uşaq operası /N.Gəncəvinin
əsəri əsasında/ (1994); 4 saylı Simfoniya
(1997); Simli orkestr üçün 5 saylı Simfoniya
(1998); "Əlin cibində olsun" Musiqili komediyası
/libretto - A.Babayev/ (2001) Bədii filmlərə
musiqi: "Ağ atlı oğlan" (1995), "Vüsal günləri"
teleserialı /Tehran/ (1998). Məqalə və kitablar:
Musiqi və mə'nəvi tərbiyə. Monoqrafiya.
B., "Maarif", 1995; "Musiqi" - I sinif üçün dərslik
/rus dil./, B., "Maarif", 1998; "Musiqi" - II sinif üçün
dərslik /rus dil./, B., "Maarif", 1998; Dahilik fenomeni
haqqında nə bilirik. "Musiqi dünyası" jurnalı,
№ 1, 1999. |
|
RƏHMƏTOVA
ƏDVİYYƏ MURAD QIZI
1944-cü
il martın 30-da anadan olub.
ƏSƏRLƏRİ:
Tar və xalq çalğı alətləri orkestri
üçün 2 saylı Konsert (1990); Kamera orkestri
üçün "Şahsevənlər ocağına
səyahət" (1992); B.Vahabzadənin söz. 12
mahnı və romans (1992); Simfonik orkestr üçün
"Dədə Qorqud" Poeması (1994). B.Vahabzadə,
N.Həsənzadə, T.Bayram, M.Ələkbərli
və b. şairlərin söz. mahnı və
romanslar (1990-2001). |
|
RÜSTƏMOV
ELDAR SƏİD OĞLU
1946-cı
il iyulun 13-də anadan olub
ƏSƏRLƏRİ:
Skripka və piano üçün Sonata (1990); V.Əzizin
söz. "Sən gedəndən" Romansı (1991);
X.Mustafayevin söz. solist, xor və simfonik orkestr
üçün "Heyranam, Vətən" Odası (1992);
Solo skripka üçün Sonata (1994); S.Vurğunun
söz. 2 a'capella xoru - "Səadət nəğməsi",
"Bahar" (1996); X.Mustafayevin söz. "Düşdü
yada" Romansı (1998); Kiçik tərkibli simfonik
orkestr üçün "Meşə nağılı"
Süitası (1999); M.Müşfiqin söz. "Bir
də baxsan mənə" a'capella xoru (2001); Xor və
simfonik orkestr üçün işləmələr
(1990 - 2001). Sənədli filmlərə musiqi:
"Подземная история" (1993), "Haqqın səsi" (1994).
|