|
|
CAMALZADƏ
VÜQAR VAQİF OĞLU
1974-cü
il oktyabrın 9-da anadan olub, bəstəkar.
Əsərləri:
F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə
(1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün
3 hissədən ibarət Sonatina (1997); Violonçel
və f-no üçün 3 hissəli Sonata (1997);
BSO üçün proqram simfonik musiqi (1999).
|
|
|
CAVANŞİROV
ƏFSƏR BAYRAM OĞLU
1930-cu
ildə noyabrın 8-dəFüzuli şəhərində
anadan olub
Azərbaycan Dövlət Konservatoriyasının
bəstəkarlıq şö'bəsini
professor C. Hacıyevin sinfi üzrə bitirib (1958).
Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi (1982).
Əsərləri:
BSO üçün 7 simfonik lövhə; vokal-simfonik
poemalar; a'capella xor üçün əsərlər,
uşaq xoru üçün bir sıra mahnılar.
|
|
|
CƏFƏROVA
AFAQ MƏMMƏD QIZI
1943-cü
il aprelin 22-də anadan olub, bəstəkar.
1992-ci ildən dosent.
Əsərləri: F-no üçün "Prelüdlər"
(1995). 1990-1999-cu illərdə orkestr üçün
işləmələr və Azərbaycan bəstəkarlarının
polifonik əsərlərindən ibarət məcmüənin
hazırlanması.
|
|
|
CƏFƏROVA
LALƏ TAHİR QIZI
1966-cı
ildə sentyabrın 14-də anadan olub, bəstəkar.
Əsərləri: F-no üçün "12 Prelüd"
(1993); F-no və skripka üçün pyeslər
(1993);
F-no üçün 3 hissəli Sonata (1994); Simli
kvartet (4 hissəli) (1995);
Simfonik orkestr üçün süitalar (1995);
F-no və simfonik orkestr üçün 1-ci və
2-ci Konsertlər (1996-1997);
"Rüstəm və Zöhrab" baleti (1999).
|
|
|
CƏFƏROV
MƏMMƏD ƏHMƏD OĞLU
1958-ci
ildə anadan olub, bəstəkar.
Əsərləri:
N. Hikmətin sözlərin soprano və f-no üçün
iki romans (1991); "Naxışlar". F-no üçün
pyeslər məcmüəsi (1992); Azərbaycan
şairlərinin sözlərinə mahnılar
(1993); İki f-no üçün musiqi (1994); "Yuxulama,
Oğuz oğlu" Kantatası. Şəhidlərin
5 illik ildönümünə həsr olunub (1995);
İnstrumental pyeslər (1996); Yunis İmrənin
sözlərinə lirik mahnı (1999).
|
|