bəstakərlar ittifaqı - bəstəkarlar - musiqişunaslar - yeniliklər - yaradıcılıq qrupu

 

 

A    C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K
  Q  L M  N  O  Ö  P  R  S  Ş  U  Ü  V  Y  Z 

İBRAHİMOVA ELZA İMAMƏDDİNOVNA

1938-ci il yanvarın 10-da anadan olub.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992)

ƏSƏRLƏRİ: "Yanan laylalar" Operası /libretto - R.Heydər/ (1992); Z.Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün "Neftçilər himni" (2001). "Dünya sevənlərindi" kinofilminə musiqi (1998). R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).


İBRAHİMOV RASİM FƏRHAD OĞLU

1967-ci il sentyabrın 14-də anadan olub.

ƏSƏRLƏRİ: Violonçel və piano üçün Sonata (1990); Simli kvartet (1991); Piano üçün 7 Fuqa (1991); "Fairy-Tale" simfonik orkestr üçün Poema (1993); Violonçel üçün musiqi "Lutoslaviada" (1993); Simfoniya "Oitich" (1996); 14 alət üçün musiqi "Deus conservat omnia" /I versiya/ (1997); İnstrumental ansambl və xor üçün musiqi "Deus conservat omnia" /II versiya/ (2001).


İBRAHİMOVA SEVDA MİRZƏ QIZI

1939-cu il noyabrın 28-də anadan olub.
Dosent (1989)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1989)
Professor (1994)

ƏSƏRLƏRİ: Orqan və simli orkestr üçün Konsert (1990); M.Dilbazi və M.İbrahimovun söz. solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" Kantatası (1990); Hoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991); Skripka və kamera orkestri üçün musiqi (1992); Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993); 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994); "Gənc pianoçuya" pyeslər silsiləsi (1994); Piano üçün pyeslər (1995); 2 piano üçün pyeslər (1996); H.Ziyanın söz. səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997); 2 piano üçün silsilə pyeslər (1997); "Əbədi yurdum" vokal silsiləsi /B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin söz./ (1999); Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999); Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000); Piano üçün pyeslər (1999 - 2001); Simli orkestr üçün "Vətən düşüncələri" (2001). Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).

 

         © Musigi Dunyasi, 2000