bəstakərlar ittifaqı - bəstəkarlar - musiqişunaslar - yeniliklər - yaradıcılıq qrupu

 

 

A    C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K
  Q  L M  N  O  Ö  P  R  S  Ş  U  Ü  V  Y  Z 

MAQOMAYEV MÜSLÜM MƏHƏMMƏD OĞLU

1942-ci il avqustun 17-də anadan olub.
Azərbaycan Respublikasının əməkdar artisti (1964)
«Qırmızı Əmək Bayrağı» Ordeni (1971)
Azərbaycan Respublikasının xalq artisti (1971)

SSRİ xalq artisti (1973) «Xalqlar Dostluğu» Ordeni (1980) «Şöhrət» Ordeni (1997) «İstiqlal» Ordeni (2002)


MANSUROV ELDAR BƏHRAM OĞLU

1952-ci il fevralın 28-də anadan olub.

ƏSƏRLƏRİ: «Sevgilimin anası» - müzikl /libretto - Q.Xuqayev/ (1990); «Mahur-hindi» simfonik muğamı (1991); 4 saylı Simfoniya (1991); Kamera orkestri üçün «Freskalar» (1991); Skripka və simfonik orkestr üçün «Adajio» (1991); Simfonik orkestr üçün «Passakalya» (1991); 5 saylı Simfoniya (1992); Piano üçün «Miniatürlər» (1996); «Kleopatra» baleti /libretto müəllifindir/ (1999). Teatr tamaşalarına musiqi: «Çələbi xan» (1990); «Dişi canavar» (1991); «Mənim ağ şəhərim» (1991); «Mə'şuqələr» /müəllif – M.Haqverdiyev/ (1992); «Pul dəlisi» /müəllif –H.Orucoğlu/ (1992); «Nəğməli, təbəssümli səyahət» (1992); «Ah, qadınlar» /müəllif – M.Haqverdiyev/ (1992); «Evlənmək istəyirəm» (1993); «Aktyor» (1994); «Kələkbaz qızlar» (1994); «Bala, başa bəla» televiziya tamaşası (1995); Bədii filmlərə musiqi: «Bəxtəvər» (1990); «Müqəddəs oda yanaram» (1991); «Bəxt üzüyü» (1992); «Yük» (1992); «Hökm» (1992). Cizgi filmlərə musiqi: «Güzgü» (1993), «Dəniz gəzintiləri» (1993) Sənədli filmlərə musiqi: «Şairin səsi» (1990), «Əzablı qurtuluş» (1995), «Qisas günü» (1995), «İşğal» (1995), «Başqa aləm, ya da şüurun qiyamı» (1992). Ə.Cavad, A.İldırım, B.Vahabzadə, B.Vəziroğlu, V.Əziz, D.Mustafayev, P.Rüstəm, P.Dilənçi, K.Qasımova və b. şairlərin söz. mahnılar (1990 - 2001).


MƏLİKOV ARİF CAHANGİR OĞLU

1933-cü il sentyabrın 13-də anadan olub.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965)
«Şərəf Nişanı» Ordeni (1971)
Azərbaycan Respublikasının xalq artisti (1978)
Professor (1979)
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1986)
SSRİ xalq artisti (1986)
«İstiqlal» Ordeni (1998)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001)

ƏSƏRLƏRİ: Baletlər: Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999); BSO üçün: Səkkiz simfoniya (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaları; Kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya (1995); Ç.İldırımın söz. səs və simfonik orkestr üçün «Azərbaycan» balladası (1995); 8 saylı Simfoniya (2001). "ß îáâèíÿþ". Êèòàá. Á., "Ùýíÿëèê", 1994.Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).


MƏLİKOV YALÇIN HÜSEYN OĞLU

1970-ci il iyunun 7-də anadan olub.

ƏSƏRLƏRİ: Piano üçün Prelüdlər (1995); Skripka və piano üçün Sonata (1996); Simli kvartet (1997); Skripka və orkestr üçün Konsert (1998); B.Vahabzadənin söz. «Qibləm» Romansı (1999). Estrada-simfonik orkestri üçün pyeslər (1998 - 2001). B.Vahabzadə, N.Xəzri və öz sözlərinə mahnı və romanslar (1998 - 2001)


MƏMMƏDOVA ARZU RAİZ QIZI

1966-cı il fevlalın 3-də anadan olub

ƏSƏRLƏRİ: M.Lermontovun söz. Romanslar (1990); Simli kvartet üçün Konsert pyesi (1992); Piano üçün Prelüdlər (1993); Simfonik orkestr üçün Dilogiya (1996); Piano üçün «Uşaq şənliyinə 3 eskiz» (1997); Fleyta, klarnet, truba, zərb alətləri və simli kvartet üçün «Musiqi» (1998); V.Səmədoğlunun söz. səs və piano üçün Vokal silsilə / Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb/, (1999). Məqalələr: Ñëîâî îá Ó÷èòåëå. «Ədəbiyyat və incəsənət» qəz., ¹4 , 1993; Äåáþò ìîëîäîãî êîëëåêòèâà. «Ədəbiyyat və incəsənət», ¹7, 1994; Ê âîïðîñó îá îðêåñòðîâîé ñòèëèñòèêå À.Ìåëèêîâà.AEA-nın «İncəsənət və mədəniyyətin problemləri» e/m toplusu. B., 1999; Âîñòîê-Çàïàä: íåêîòîðûå âîïðîñû îðêåñòðîâîé ñòèëèñòèêè. «İncəsənət və mədəniyyətin problemləri». B., 1999; BMA-nın tələbələri üçün «Alətşünaslıq» fənni üzrə metodik göstəriş. B, 2000. Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 – 2001).


MƏMMƏDOV ELÇİN İBRAHİM OĞLU

1963-cü il fevralın 13-də anadan olub

ƏSƏRLƏRİ: Piano və simfonik orkestr üçün Konsert (1990); Piano üçün Pyes (1991); Piano üçün Variasiyalar (1993); İki piano üçün Sonata (1995); Piano üçün Ballada (1996); Piano və skripka üçün Skertso /II redaktə/ (1997); Skripka və piano üçün Sonata (1998); Violonçel və piano üçün Sonata (1999); Piano üçün Sonata (1999); Hoboy və piano üçün Sonatina (2001).


MƏMMƏDOV ELNAR NƏRİMAN OĞLU

1956-cı il mayın 21-də anadan olub

ƏSƏRLƏRİ: Piano üçün Prelüdlər (1993); Piano üçün Pyeslər (1995). B.Vahabzadə, F.Qoca, S.Vurğun və b. şairlərin söz. mahnı və romanslar (1990 – 2001).


MƏMMƏDOV QALİB HƏSƏN OĞLU

1946-cı il aprelin 19-da anadan olub

ƏSƏRLƏRİ: Piano, səs və maqnitofon yazısında hind fleytası üçün «İki dua» (1992); Metso-soprano, bas və kamera orkestri üçün «Davudun psalmları» (1994); A’cappella xoru üçün 52 və 39 saylı Psalmlar (1995); «Landet vi kommer fra» vokal silsiləsi (1997); «Odoğlan» – kukla teatrı üçün musiqi /Eyvind Skeyenin əsəri əsasında/ (1998); E.Skeyenin söz. xor, solistlər və simfonik orkestr üçün «Oratorium - Albanum» (1999); Simli orkestr üçün «Allegro – albana» (2000); Piano prepare, marimbafon, klarnet-bas, klarnet in B, tar, balaban və zərb alətləri üçün «İki dua» /II versiya/ (2001).


MƏMMƏDOV NƏRİMAN HƏBİB OĞLU

1927-ci il dekabrın 28-də anadan olub
Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1974)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982)
Dosent (2000)

ƏSƏRLƏRİ: «Qurbanəlibəy» – musiqili komediya (C.Məmmədquluzadənin əsəri əsasında, libretto – R.Heydər) (1992); Simli orkestr, zərb alətləri və orqan üçün Poema (1993); Piano və simli orkestr üçün 4 saylı Konsert (1994); «Şeyx Sən'an» baleti /libretto – müəllifindir/ (1995); 2 saylı simli Kvartet (1996); Fleyta və simfonik orkestr üçün Konsert (1996); M.Füzulinin söz. solistlər, xor və simfonik orkestr üçün «Füzuli» Oratoriyası (1998); 7 saylı Simfoniya /Xocalı faciəsinə həsr olunub/ (1998); Kamera orkestri üçün Pyes (1999); «Hüseyn Cavid» simfoniyası (2000); «Olacağa çarə yoxdur» - musiqili komediya /libretto - R.Abdullayev/ (2001); N.Həsənzadənin söz. «Azərbaycan» Oratoriyası (2001). B.Vahabzadə, R.Rza, N.Kəsəmənli, İ.Etibar, R.Muxtar, M.Urud, H.Ziya, R.Abdullayev, E.Elduası, R.Heydər, İ.Göyçaylı, Y.Həsənbəy, X.Vəfa və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).


MƏMMƏDOV RƏŞİD RZA OĞLU

1936-cı il fevralın 2-də anadan olub
Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi (1973)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1999)

ƏSƏRLƏRİ: Naxçıvan Dövlət Musiqili-Dram Teatrının tamaşalarına musiqi: «Od gəlini» /C.Cabbarlı/; «İki könül bir olsa» /M.Əlizadə/; «Dərs» /R.Rövşən/; «İtilənən xəncərlər» /H.Arzulu/; «Yas yerindən reportaj» /Ə.Əylisli/ (1990 - 2001). A.Şəmşir, B.Vahabzadə, M.Araz, H.Arzulu, K.Quliyev, Ə.Yusifli, H.Razi, M.Nəsirli, Z.Yaqubun söz. mahnılar (1990 - 2001).


MİRİŞLİ NAZİM RAMİZ OĞLU

1962-ci il martın 6-da anadan olub.

ƏSƏRLƏRİ: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E.Ertemin söz. xor və simfonik orkestr üçün «Epcies» Odası (1999). Kinofilmlərə musiqi: «Qəzəlxan» /həmmüəllif - R.Mirişli/ (1991), «Yarasa» (1995) .


MİRİŞLİ RAMİZ AQİL OĞLU

1934-cü il aprelin 16-da anadan olub
Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1974)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982)
Dosent (1986)
Azərbaycan Respublikasının xalq artisti (1990)
Professor (1993)

ƏSƏRLƏRİ: N.Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün «Peyğəmbərin tə'rifi» vokal Poeması (1997). «Qəzəlxan» bədii filminə musiqi /həmmüəllif - N.Mirişli/ (1990). M.Araz, F.Qoca, M.Aslan, D.Mustafayev, H.Razi, Y.Həsənbəy və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).


MİRİŞLİ YUSİF RAMİZ OĞLU

1966-cı il mayın 3-də anadan olub.

ƏSƏRLƏRİ: «Azərbaycan» simfonik Poeması (1990); 1 saylı Simfoniya (1991); Skripka və piano üçün 3 Pyes (1995); Piano üçün Fuqalar (1997); «Genezis» Simfonik poeması (1997); Piano üçün 6 Prelüd (1998); Violonçel və piano üçün «Təəssürat» (1999) / həmin ildə əsər Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb/. M.Araz, İ.Göyçaylı və b. şairlərin söz. mahnılar silsiləsi (1990 - 2001).


MİRZƏYEV ELMİR ƏLİ OĞLU

1970-ci il noyabrın 16-da anadan olub.

ƏSƏRLƏRİ: Solo orqan üçün «İn trance» (1991); Skripka və piano üçün Poema (1991); 9 alət üçün «Sacrificium İntellectus» (1992); Kiçik simfonik orkestr üçün «Lux in tenebris» (1993); Simfonik orkestr üçün «Modus in Rebus» (1994); 13 alət üçün «İntra cancellos» (1994); 7 ifaçı üçün «Candentia» (1995); Klarnet /bas klarnet, gitara və piano üçün «Rəmzi üçkünc sükut» (1995); 2 ifaçı və 7 alət /piano və zərb alətləri/ üçün «Beyin və əllər üçün kiçik bir məşğuliyyət» (1996); Simfonik orkestr üçün «Təsbeh oyunu» (1996); 7 ifaçı üçün «... Also, Sie sind gekommen» (1997); Solo gitara üçün “Üç xatirə” (1997); Bas klarnet, zərb alətləri, piano və maqnit yazısı üçün «ReAKSİYA» (1998); 10 ifaçı üçün «JUStACRUM» /«Ümumdünya insan hüquqları Deklarasiyası»nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); 10 ifaçı üçün Ekspromt (1999); İnstrumental ansambl üçün «Bahar» /2 versiya/ (1999); Simfonik orkestr üçün «7 dəqiqə» (1999); 7 ifaçı üçün «Görüntülər və Əks-səda» (2000); Klarnet/bas-klarnet, alt və piano üçün «Rəmzi üçkünc çarpazlaşma» (2001); Klarnet və skripka üçün «Bəyaz Dairələr» (2001).


MİRZƏYEV İLYAS MUSA OĞLU

1961-ci il mayın 11-də anadan olub.

ƏSƏRLƏRİ: Caz orkestri üçün 2 Pyes: «Blue,Red,Green», «The Flight in the Dreams and Reality» (1990); Fleyta və piano üçün Sonata (1991); 4 trombon üçün «İ.S.Baxın ad gününə kiçik hədiyyə» (1992); Simfonik orkestr və Mexter üçün musiqi (1994); Ney və simfonik orkestr üçün «Mistik simfoniya» (1999); Skripka və piano üçün Sonata «2000-ci il» (2000); Skripka və orkestr üçün Konsert-poema (2000). Caz ansamblı üçün kompozisiyalar (1990 – 2001).


MİRZƏYEV MUSA ABDULLA OĞLU

1933-cü il yanvarın 26-da anadan olub.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982)
Dosent (1998)
Professor (2002)

ƏSƏRLƏRİ: Piano üçün «Lənkəran əfsanəsi» Fantaziyası (1990); Piano üçün 5 uşaq Pyesi (1990); F.Əmirovun «Nizami» baletinin tamamlanması, okrestrləşdirilməsi və musiqi redaktəsi (1990 - 1991); Kamera orkestri üçün Simfoniya (1992); Piano üçün «Qəmli melodiya» (1993); Piano üçün konsert-rondo (1993); Skripka və piano üçün «Cəld hərəkət» (1994); H.Ziyanın söz. a'capella xoru üçün «Qeyrət vaxtıdır» Poeması (1995); Böyük simli orkestr üçün «Dahi sənətkara – Üzeyir Hacıbəyova ithaf» Poeması (1998); Tatarıstan Respublikasının Dövlət Himninin /bəstəkar – R.Yaxin/ aranjimanı və simfonik orkestri üçün transkripsiyası (1998); Kamera orkestri üçün «Polifonik simfoniya» (1999); Ə.Bədəlbəylinin «Qız qalası» baletinin yeni musiqi redaktəsi, simfonik orkestr üçün yenidən işlənməsi və aranjimanı (1999); Skripka və piano üçün «Romantik poema» (2000); Uşaq xoru üçün 2 mahnı: «Vətən» /söz. Q.İsabəyli/, «Dəcəl pişik» /söz.-İ.Tapdıq/ (2000); Səs və simfonik orkestr üçün «İncəsənət duyğuları» (2001); Səs və simfonik orkestr üçün «Bir cüt qu quşudur canan əlləri» kiçik Poeması /T.Mirzəyevaya həsr olunub/ (2001); H.Ziyanın söz. solist və xor üçün «Salam ulu rəhbər» kiçik Kantata /Prezident H.Əliyevə həsr olunub/ (2001). Dövri mətbuatda məqalələr (1990 - 2001).


MİRZƏZADƏ XƏYYAM HADI OĞLU

1935-ci il oktyabrın 5-də anadan olub.
Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1970)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1972)
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1975, 1986)
Professor (1979)
Azərbaycan Respublikasının xalq artisti (1987)
«Şöhrət» Ordeni (2000)

Əsərləri: "Ağlar və qaralar" baleti; I və II simfoniyalar, "Oçerklər - 63" simfonik poeması, "Memory", "Mərakeş rapsodiyası", "Konsertştyuk", skripka ilə orkestr üçün Konsert; səs ilə orkestr üçün "4 esse"; 2 simli kvartet; ayrı-ayrı alətlər üçün solo sonatalar; f-no üçün 12 prelüd, "Ağlar və qaralar" silsiləsi; soprano və f-no üçün "İthaf" və i. a. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına musiqi; estrada və caz pyesləri; populyar mahnılar.


MİRZƏZADƏ İBRAHİM MƏMMƏDTAĞI OĞLU

1943-cü oktyabrın 16-da anadan olub.

ƏSƏRLƏRİ: Piano üçün 6 Prelüd /I dəftər/ (1990); Piano üçün 6 Prelüd /II dəftər/ (1992); Piano üçün Sonata (1993); Simli kvartet (1996); Simfoniya /Şəhidlərin xatirəsinə həsr olunub/ (2000). F.Qoca, N.Kəsəmənli, V.Əziz və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).


MUSTAFAYEV RAMİZ HACI OĞLU

1926-cı il oktyabrın 16-da anadan olub.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1973)
Azərbaycan Respublikasının xalq artisti (1987)
Dosent (1982) «Şöhrət»
Ordeni (2001) Professor (2001)

ƏSƏRLƏRİ: N.Xəzrinin söz. «Salatın» Oratoriyası (1990); M.İsmayılın söz. «Bu qan yerdə qalan deyil» vokal-simfonik Poeması (1991); H.Ziyanın söz. «Haqq sənlədir, Azərbaycan!» Kantatası (1992); Ə.Cavadın söz. «Nədən yarandın» vokal-simfonik Poeması (1993); M.Füzulinin və H.Ziyanın söz. «Füzuli» vokal-simfonik Poeması (1993); B.Vahabzadənin söz. «Məhəmməd və Leyla» Oratoriyası (2000); «Məsmə xanım dayımdır» Operettası /libretto-C.Məmmədov/ (2001), 45 uşaq mahnısı məcmuəsi /D.Nəbiqızı, M.Dilbazi, M.Aslan, B.Orucoğlu, Ə.Ağayevin sözlərinə/ (2001). M.Füzuli, B.Vahabzadə, A.Aslanov, M.Dilbazi, İ.Etibar, H.Sözlü, A.Ələsgər, Z.Yaqub, B.Orucoğlu, M.Daşqın, D.Nəbiqızı və b. şairlərin söz. mahnı və romanslar (1990 - 2001).

 

 

         © Musigi Dunyasi, 2000