bəstakərlar ittifaqı - bəstəkarlar - musiqişunaslar - yeniliklər - yaradıcılıq qrupu

 

 

A    C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K
  Q  L M  N  O  Ö  P  R  S  Ş  U  Ü  V  Y  Z 

HACIBƏYOV İSMAYIL SULTAN OĞLU

1949-cu il sentyabrın 2-də anadan olub.
Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1984)
Dosent (1994) "Humay" mükafatı (1994)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2000)

ƏSƏRLƏRİ: Piano üçün "Albomdan səhifələr" Süitası (1991); Piano üçün "Üç idilliya" (1992); Fleyta və simli orkestr üçün "Konsertştük" (1993); Oktet üçün "Divertisment" (1993); Dantenin söz. 4 Romans (1996); "Füruzə" operası /libretto - müəllifindir/ (1997); Fleyta, klarnet və piano üçün "İstəklər" Triosu (1998); Nəfəsli alətlər üçün Kvintet (1999); A' capella xoru üçün 3 Vokaliz (2000). Məqalələr: Mən Fərhad Bədəlbəyli üçün yazmağa başladım. "F.Bədəlbəyli: məqalələr, materiallar" kitabında. B., "QAPP - Poliqraf", 1997; K.Karaev: portret kompozitora-novatora. "Azərbaycan-İrs" jurnalı ¹4-5, 2000; Neqasnugie vospominanic. "Əmir Həbibzadə - 85". B., BDU-nun nəşri, 2001.


HACIYEV İSMAYIL ƏHMƏD CÖVDƏT OĞLU

1949-cu il noyabrın 18-də anadan olub.

ƏSƏRLƏRİ: 2 saylı simfoniya -"Rast" (1990); "Odlar yurdu" - simfonik poema (1991); 3 saylı simfoniya - "Şur" (1992); 4 saylı simfoniya - "Segah" (1993); 5 saylı simfoniya -"Çahargah" (1994); Simfonik muğam /F.Əmirovun xatirəsinə/ (1995); "Od gəlini" Operası /libretto - M.Hacıyev/ (1996); 6 saylı simfoniya - "Bayatı-Şiraz" (1997); Piano kvinteti (1998); Simli kvartet (1998); Simfonik misteriya "Zərdüşt" (1999); 7 saylı simfoniya -"Qarabağ" (2000); Violonçel və kamera orkestri üçün Fantaziya /nəvəsi Saraya həsr olunub/ (2001).


HƏSƏNOVA RƏHİLƏ TEYMUR QIZI

ƏSƏRLƏRİ: Piano üçün Sonata (1990); Kontrabas üçün solo-Sonata (1990); Orqan üçün "Qəsidə" Simfoniyası (1991); Simli kvartet, tenor və bas üçün "Dərviş" (1992); Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə" (1993); Klarnet üçün solo-Sonata (1994); 15 alət üçün "Səma" (19194); 3 saylı simli Kvartet (1995); Gitara üçün solo-Sonata (1995); Piano üçün "Ala meyxana" Fantaziyası (1996); "Mahnılı nağıllar" uşaq Operası /libretto - müəllifindir/ (1996); 9 müxtəlif alət üçün "Pirəbədil" (1996); Fleyta üçün solo-Sonata (1997); Simfonik orkestr üçün "Gecə" (1997); Orqan üçün "Səhra" Fantaziyası (1997); Piano üçün "Jasmin ləçəkləri" 7 miniatür (1998); 2 piano və 2 saksofon üçün "Dəniz" (1998); "Maral" teatr tamaşasına musiqi /H.Cavidin əsəri əsasında/ (1999); 4 fleyta və zərb alətləri üçün Mərasim-"Maral oyunu" (1999); "Cavidi dəstgah" - xor operası /qiraətçi, xor, solistlər və 5 zərb aləti üçün/ (2000-2001); 8 violonçel və 4 kontrabas üçün "Müğfil" (2001). Məqalələr: Kak na pervom uroke /Q.Qarayev/. "Şərqi" jurnalı, ¹2, 1999; Zapax Rodinı. "Şərqi", ¹4, 1999; Edinstvennıy i nepovtorimıy /X.Mirzəzadə/. "Şərqi", ¹1, 2000; Mono-dialoq /rəssam E.Məmmədovun xatirəsinə/. "Şərqi", ¹2, 2001; Otveth samomu sebe. "Şərqi", ¹3, 2001; Voznesennıy na krılhcx vetra /R.Behbudov/. "Azərbaycan-İrs" jurnalı, ¹4, 2001.


HÜSEYNOV FƏRHƏNG RƏHİM OĞLU

ƏSƏRLƏRİ: Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990); "Kiçik şahzadə" Operası /A.Sent-Ekzüperinin əsəri əsasında/ (1990); Orqan üçün "Mərasimlər" (1991); "Kodayu" Operası /libretto - Eyko Aoki/ (1993); Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995); "Kiçik kantata" (1996); 4 Romans (1997); Skripka və piano üçün Sonata (1997); Soprano və simli kvartet üçün "Stabat Mater" /"Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000); 2 saylı Simli kvartet (2000). "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin laureatı (Yaponiya,1991) "Sülh naminə" Beynəlxalq müsabiqənin laureatı (ABŞ, 1995) "Xose Asunsyon Flores" ad. I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000)


HÜSEYNZADƏ ƏDİLƏ HACIAĞA QIZI

1916-cı il aprelin 28-da anadan olub. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982)

ƏSƏRLƏRİ: R.Rzanın söz. "Duyğular" vokal silsiləsinin yeni redaktəsi (1990 - 2001).

 

         © Musigi Dunyasi, 2000